SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Çempion İdman Mərkəzi” və baş direktoru cərimələndi

“Çempion İdman Mərkəzi” və baş direktoru cərimələndi

  • 10 avqust 2026, 14:58

“Çempion İdman Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və həmin cəmiyyətin baş direktoru Firdovsi Quliyev barəsində protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, vətəndaşın müraciəti əsasında əmək müfəttişliyinin Abşeron-Xızı bölməsində araşdırma aparılıb.  

Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən MMC-nin baş direktorundan müvafiq sənədlər 7 iş günü müddətində tələb olunub. Lakin cəmiyyət rəhbərliyi tərəfindən cari tarixədək sənədlər təqdim edilməyib. 

Nəticədə MMC-nin baş direktoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilib. 

Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Çempion İdman Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət şərti olaraq 2000 manat məbləğində inzibati cərimə edilib.

Bundan başqa, şirkətin baş direktoru Firdovsi Quliyev şərti olaraq 1000 manat məbləğində inzibati cərimə olunub. 

“Çempion İdman Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətə və həmin cəmiyyətin baş direktoruna törədilən hüquqpozmanın aradan qaldırması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin bölmədinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları