SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Azəri Biznes” şirkəti FHN-nin sifarişi ilə 52 ev tikəcək

“Azəri Biznes” şirkəti FHN-nin sifarişi ilə 52 ev tikəcək

  • 10 avqust 2026, 20:06

“Azəri Biznes” şirkəti 52 ədəd fərdi yaşayış evi tikəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, 2026-cı ilin 27-28 mart və 4-6 aprel tarixlərində müşahidə olunan aramsız və intensiv yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikntisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Belə ki, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqları yekunlaşdırıb.

Məlumata əsasən, 52 ədəd fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Tikinti işlərini “Azəri Biznes” şirkəti həyata keçirəcək.

Sözügedən işlərin icrasına 5,2 milyon manat sərf olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları