Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 606,8 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,35% azdır.
İcbari tibbi sığorta daxilolmaları proqnozu 102,6% icra edilib.
7 ayda icbari tibbi sığorta haqlarının 402,4 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 10,4% azdır.