“Azərboru” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,4 milyon manat mənfəət əldə edib (əvvəlki ili 1 milyon manat zərərlə başa vurmuşdu).
Bu ilin əvvəlinə “Azərboru”nun aktivləri ötən ilin əvvəlinə nisbətən 4,7% az – 5,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 9,3 milyon manat (6,2% az), balans kapitalının çatışmazlığı isə 4,1 milyon manat (7,9% az), o cümlədən nizamnamə kapitalı 3,5 milyon manat (dəyişməyib) olub.