SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“İsri Construction”a 11 min dollar cərimə kəsildi

“İsri Construction”a 11 min dollar cərimə kəsildi

  • 10 avqust 2026, 11:26

“İsri Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 58 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət həmin məbləğinin 20 faizi miqdarında, 11 600 ABŞ dolları məbləğində cərimə edilib.

Qeyd edək ki, “İsri Construction” MMC 2020-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 50 min manat olan şirkətin rəhbəri Mustafa Qocayevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları