SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İlham Əliyevdən Pezeşkiana təşəkkür mesajı

İlham Əliyevdən Pezeşkiana təşəkkür mesajı

  • 10 avqust 2026, 12:01

"Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar".

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "X" hesabında İran Prezidenti Məsud Pezeşkiana təşəkkürlə bağlı etdiyi paylaşımda  bildirilir.

"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi", - paylaşımda qeyd olunub.

Skat.az - Ev və Avtomobil elanları