SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Göydən yağan kondisioner suyunun yağışından necə qurtulaq? - VİDEO

Göydən yağan kondisioner suyunun yağışından necə qurtulaq? - VİDEO

  • 09 avqust 2026, 10:17

Binaların eyvanlarında düzgün quraşdırılmayan kondisionerlərdən axan su hər kəsi narahat edir.

Yurd.Media xəbər verir ki, yay aylarında kondisionerlə sərinləmək bəzilərinə rahatlıq gətirsə də, bu texnikanın düzgün quraşdırılmamasından əziyyət çəkənlər də olur.

Sakinlərdən biri problemin, xüsusilə, çoxmərtəbəli binalarda özünü göstərdiyini deyir:

"Elə olur ki, məsələn, binanın birinci mərtəbəsindən 15-ci mərtəbəsinədək kondisionerlər quraşdırılıb. Hamısının suyu eyni anda üstünə tökülür. Elə bil, yağış yağır. Altından keçəndə adamın başına tökülür. Bu da narahatlıq yaradır".

Digər sakin isə kondisionerlərdən axan suyun xüsusi borular vasitəsilə yönləndirilməsinin vacibliyini vurğulayır:

"Yaxşı olar ki, onları, məsələn, şlanq və ya rezin boru vasitəsilə aşağı yönləndirsinlər. Şlanqı bir qədər uzatmaq lazımdır ki, su heç kimə mane olmasın".

Ekspertlər "AzTV"yə bildirirlər ki, yaranmış vəziyyətə görə yalnız sakinləri qınamaq olmaz. Çünki yaşayış binası tikilərkən onun layihəsində xüsusi su axarları, yəni drenaj xətləri əvvəlcədən nəzərdə tutulmalıdır. Təəssüf ki, bir çox yaşayış binasında bu məqam nəzərə alınmır.

"Drenaj xətti olmadığı üçün vətəndaşlar pərakəndə şəkildə kondisioner sularını mənzildən kənarlaşdırırlar. Bunun nəticəsində binanın fasadına, ümumi əmlaka və digər sahə mülkiyyətçilərinin mənzillərinə ziyan dəyir, eyni zamanda diskomfort yaranır. Problemin kütləvi şəkildə aradan qaldırılması üçün sakinlər qərar qəbul etməli və xüsusi fond hesabına binanın fasadında uyğun yerdə drenaj xətti quraşdırılmalıdır".

Ekspertin sözlərinə görə, belə yanaşma həm binanın ümumi əmlakının qorunmasına imkan verər, həm də qonşular arasında narazılığın yaranmasının qarşısını alar.

Göydən yağan kondisioner suyunun yağışından necə qurtulaq? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları