SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu yollarda sürət həddi saatda 130 kilometr olacaq

Bu yollarda sürət həddi saatda 130 kilometr olacaq

  • 19 yanvar 2026, 15:03

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanunda avtomagistrallarda sürət həddi ilə bağlı dəyişikliklər müzakirə olunub.

Yurd.Media xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında ödənişli yollarda sürət həddinin də müəyyənləşdirilməsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları