SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu restoranın mətbəxində nöqsanlar aşkarlandı - FOTO

Bu restoranın mətbəxində nöqsanlar aşkarlandı - FOTO

  • 04 sentyabr 2025, 23:23
Quba

Qubada yerləşən restoranın mətbəxində tavan və divar səthlərinin təmirsiz olduğu və kifləndiyi aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Qubanın 29-cu məhəlləsində fəaliyyət göstərən, Cavanşir Ruzman oğlu Diyarova məxsus “Sərin” kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Baxış zamanı kafenin mətbəxində tavan və divar səthlərinin təmirsiz olduğu və kifləndiyi, havalandırma sisteminin işləmədiyi, qida ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, kababxana sahəsinin açıq şəraitdə qurulduğu və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Prime Leasing