Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində axşam saatlarında sürücülər təhlükəli vəziyyətlə üzləşirlər.
Yurd.Media xəbər verir ki, ərazidə yol nişanlarının olmaması hərəkət iştirakçıları üçün problemə çevrilib.
Sürücülərin sözlərinə görə, yolayrıcında hərəkət üstünlüyünün kimdə olduğunu yalnız bu yoldan daimi istifadə edənlər bilir. Bəzi hallarda isə sürücülərin bir-birinə yol verməməsi səbəbindən qəzalar baş verir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, həmin ərazidə nəqliyyat intensivliyi ilə bağlı təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək.