“TSB Lizing” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət inzibati xəta törədilən BYD markalı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatı Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməyib.
Bildiriş və xəbərnamədən görünür ki BYD avtomobilini idarə edən şəxs tərəfindən Ələt-Astara yolunun 142-ci kilometrliyində, Astara istiqamətində İnzibati Xətalar Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilib.
Sorğuya cavab verilmədiyi üçün MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “TSB Lizing” 300 manat cərimə olunub.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalı ilə 2 il əvvəl yaradılmış “TSB Lizing”in direktoru İsmayıl İsmayılovdur.