Bu ilin I yarısında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 329,2 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.
Son 1 ildə Böyük Britaniyaya yatırımların ümumi yatırımlarda payı 4,8%-dən 6,6%- yüksəlib.
Yanvar-iyun aylarında Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 1 il əvvələ nisbətən 16,1% çox – 936,4 milyon dollar təşkil edib.
İl ərzində Böyük Britaniyadan yatırımların ümumi yatırımlarda payı isə 25%-dən 25,5%-ə çatıb.