SÜJET

Bank Ramazan 2026 Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıda “Qızıl Ay” restoranı CƏRİMƏLƏNDİ

Bakıda “Qızıl Ay” restoranı CƏRİMƏLƏNDİ

  • 16 mart 2026, 09:02
Bakı

Bakının Xətai rayonunda fəaliyyət göstərən “Qızıl Ay” restoranının qanunsuz reklam fəaliyyəti ilə məşğul olması müəyyən edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin tərtib etdiyi protokola görə, “Qızıl Ay” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilib.

Belə ki, “Qızıl Ay” restoranın üzərində müvafiq icazə olmadan 13 ədəd 14,98 kvadrat metr ölçüdə reklam aşkar edilib.

Restoran İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi müəyyən olunub. Xətai Rayon Məhkəməsinin qərarı ilə restoran 1500 manat məbləğində cərimə edilib.

Bu qərardan restoranın rəhbərliyi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları