SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu obyektlərin müşahidəsini Dövlət Gömrük Komitəsi də aparacaq - FƏRMAN

Bu obyektlərin müşahidəsini Dövlət Gömrük Komitəsi də aparacaq - FƏRMAN

  • 20 aprel 2026, 19:52

Azərbaycanda bəzi obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də aparacaq.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları