SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bu hava limanları sahibkarlara idarəetməyə veriləcək - FƏRMAN

Bu hava limanları sahibkarlara idarəetməyə veriləcək - FƏRMAN

  • 12 iyun 2026, 20:12

Azərbaycanda bəzi hava limanları sahibkarlara idarəetməyə veriləcək.

Yurd.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.

Həmçinin Prezidentin fərmanı ilə Azərbaycanda hava limanlarının tikintisi və yenidən qurulmasının maliyyələşdirilməsi mənbələri müəyyənləşib.

Sənəddə vurğulanıb ki, hava limanlarının tikintisi və yenidən qurulması dövlət büdcəsinin vəsaiti, hava limanı istismarçısının vəsaiti, kredit və qrantlar, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları