SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ağdamda 33 ildən sonra ilk dəfə “Son zəng” həyəcanı

Ağdamda 33 ildən sonra ilk dəfə “Son zəng” həyəcanı

  • 13 iyun 2026, 14:46
Ağdam

Ağdam rayonunun Xıdırlı kəndində 33 ildən sonra ilk dəfə “Son zəng” sədaları eşidilib.

Yurd.Media xəbər verir ki, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbir kəndin təhsil tarixində əlamətdar hadisə kimi yadda qalıb.

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri, Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxışlarda bildirilib ki, hazırda məktəbdə 235 şagird təhsil alır. Bu il təhsil ocağını 12 məzun bitirir. Qeyd olunub ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Xıdırlı kəndinə köç prosesi davam edir, doğma torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır və təhsil müəssisələrinin fəaliyyəti bərpa olunur.

Tədbir bədii proqram, məzunların və şagirdlərin çıxışları ilə davam edib. Xıdırlı kəndində 33 ildən sonra keçirilən ilk “Son zəng” mərasimi iştirakçılar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Qeyd edilib ki, bu gün Ağdam şəhər 1 nömrəli məktəbində, Xıdırlı kənd orta məktəbi də daxil olmaqla ilk dəfə 18 şagirdlə ilk Son Zəngi qeyd edir

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları