Daşkəsən və Gədəbəy rayonlarına dolu düşüb.
Yurd.Media xəbər verir ki, Daşkəsən rayonun Qaraqollar və bir neçə kəndinə həmçinin Gədəbəy rayonun Maarif, Slavyanka və daha bir neçə kəndlərinə dolu yağıb.
Yağan dolunun diametri 10-11 mm olub və təsərrüfata qismən zərər vurub.
Qeyd edək ki, leysan xarakterli yağan yağışdan sonra adı çəkilən rayonlarda əkin sahələrinə yağış suları da dolub.