Hesablama Palatası “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə rəy verən zaman 3 dövlət proqramının icrası barədə məlumat əldə edə bilməyib.
Yurd.Media xəbər verir ki, bu barədə rəydə bildirilir.
Sənədə əsasən, söhbət “Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət
Proqramı”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan gedir.