SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Məhkəmə “Xətai-9” MMMC-ni cərimələdi

Məhkəmə “Xətai-9” MMMC-ni cərimələdi

  • 12 iyun 2026, 12:19

“Xətai-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin tərtib etdiyi protokolda qeyd olunub. 

“Xətai-9”a məxsus yaşayış binasında keçirilən yanğın təhlükəsizliyi tədbirləri zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının müvafiq tələbləri pozulub. 

Nəticədə MMMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə “Xətai-9” MMMC 350 manat cərimə edilib. 

“Xətai-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün bir ay müddət müəyyən edilib. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilməsi öhdəliyi qoylub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları