SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Daha bir ölkə Azərbaycanda diplomatik nümayəndəlik təsis etdi

Daha bir ölkə Azərbaycanda diplomatik nümayəndəlik təsis etdi

  • 12 iyun 2026, 13:28

Avropanın daha bir ölkədi Azərbaycanda diplomatik nümayəndəlik təsis edib.

Yurd.Media xəbər verir ki, Estoniyanın Azərbaycanda səfirliyi açılıb.

Bu barədə Azərbaycan Respublikası ilə Estoniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, müzakirələrdə Estoniya Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Estoniya arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, ikitərəfli dialoqun davamlılığının təmin olunmasında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin rolu xüsusi qeyd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları