Bu il ölkədə məhsuldarlıq səviyyəsi artıb.
Yurd.Media xəbər verir ki, 932000 hektarlıq sahədə payızlıq taxıl əkini aparılıb. Zəmilərin 255000 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq ötən ilin göstəricilərindən yuxarıdır.
"AZTV Xəbər"- ə danışan Kənd Təsərrüfatı Nazirliyinin Şöbə Müdiri Vüqar Hüseynov məhsuldarlığın səviyyəsinin yüksəldiyini bildirib.
Ən yüksək məhsuldarlıq Goranboy rayonunda qeydə alınıb.
Fermerlər texniki baxımdan əziyyət çəkmirlər. Vüqar Hüseynovun sözlərinə görə, bütün bölgələrə təlabata uyğun texnika göndərilib.
"Biçin prosesində texniki avandanlıqlar əsas rol oynayır. Buna görə də lazımi yerlər üçün avadanlıqları təmin edirik".
Qeyd edək ki, hazırda respublikanın 46 bölgəsində biçin davam edir.