Yay mövsümünün başlanmasına az qalmış Xəzər dənizinin sahilboyu ərazilərində aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə normadan artıq bakterioloji çirklənmə qeydə alınıb.
Yurd.Media xəbər verir ki, bu barədə məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena Bölməsinin həkim-gigiyenistu Ziyəddin Kazımov verib.
Z. Kərimov "Xəzər Xəbər"-ə verdiyi açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, həmçinin Lənkəran, Astara və Xaçmaz rayonlarının çimərliklərində aparılan yoxlamalar zamanı Suraxanı rayonunun Hövsan çimərliyi, Xəzər rayonunun Türkan çimərliyi, Səbayıl rayonun Sıx çimərliyində və Qaradağ rayonunun bəzi ərazilərində bakteriyaların normanı dəfələrlə aşdığı müəyyən olunub.
Əldə olunan nəticələrə əsasən, bu çimərliklərdə dənizə girmək tövsiyə olunmur. Xüsusilə, Hövsan çimərliyindən götürülən su nümunələrində ciddi bakterioloji çirklənmə aşkarlanıb. Mütəxəssisl bu cür halların dəri xəstəlikləri və mədə-bağırsaq infeksiyalarına səbəb ola biləcəyini bildirirlər.
Çirklənmənin əsas səbəbi kimi bəzi yaşayış məntəqələrindən təmizlənməmiş tullantı sularının birbaşa dənizə axıdılması göstərilir. Mütəxəssislər bildirirlər ki, sahil mühafizə zonasında yerləşən obyektlərə nəzarətin gücləndirilməsi və təmizləyici qurğuların quraşdırılması vacibdir.
Qeyd edək ki, çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi üzrə monitorinqlər yay mövsümü boyunca davam etdiriləcək.