SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu avtomobil hərracda 2 dəfədən çox bahalaşdı

Bu avtomobil hərracda 2 dəfədən çox bahalaşdı

  • 02 dekabr 2025, 20:41

Start qiyməti 6 500 manat olan “Mercedes Benz S320” markalı avtomobil 15 800 manata satıldı.

Yurd.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 2-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Prime Leasing
SPE Annual Caspian