SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Cəbrayılda yeni yaşayış məhəllələri tikiləcək

Cəbrayılda yeni yaşayış məhəllələri tikiləcək

  • 20 aprel 2026, 22:04
Cəbrayıl

Bakı Dövlət Layihə İnstitutu Cəbrayıl üçün yeni məhəllələr layihələndirdi.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Cəbrayıl şəhəri 2-ci və 3-cü yaşayış məhəllələrinin layihələndirilməsinə başlanılır.

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına əsasən, qurum layihələndirmə işləri ilə əlaqədar hazırlıqları yekunlaşdırıb.

Belə ki, qurum layihələndirmə işlərini Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və onunla müqavilələr bağlayıb.

Müqavilələrin ümumilikdə maliyyə dəyəri 1,7 milyon manat olaraq müəyyənləşib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları