SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Borca düşən tikinti şirkətlərinin adları açıqlandı - SİYAHI

Borca düşən tikinti şirkətlərinin adları açıqlandı - SİYAHI

  • 07 oktyabr 2025, 13:59

Azərbaycanda vergi borcu yaranmış tikinti şirkətlərinin adları açıqlanıb.

Yurd.Media “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, bir neçə məşhur Mənzil-Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb ki, bunların da içərisində “Nehrəm”, “Kristal”, “MTK-Real”, “Star-M”, “MM-İnşaat” MTK-lar var.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Nehrəm”in 10070, “Kristal”ın 62667, “MTK-Real”ın 6000 manat, “Star-M”in isə 903 921 manat ödənməmiş vergi borcu yığılıb.

Qeyd edək ki, “MTK-Real” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Təhmiraz Bədəlovdur.

“Star-M” isə 2004-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Cabir Qasımovdur.

“Kristal” 2005-ci ildə yaranıb, qanuni təmsilçisi Nəcibə Ağayevadır.

2004-cü təsis edilən “Nehrəm” MTK-nın isə qanuni təmsilçisi hazırda həbsdə olan Tağı İbrahimovun yaxın qohumu Həmid İbrahimovdur.

Prime Leasing