SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Çin avtomobillərinin Bakıdakı distribyutorunun borcu üzə çıxıb

Çin avtomobillərinin Bakıdakı distribyutorunun borcu üzə çıxıb

  • 19 yanvar 2026, 16:38

Çin avtomobillərinin Bakıdakı distribyutorunun borcu üzə çıxıb. 

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, elektrik mühərrikli və plug-in hybrid avtomobillərin satışı və icarəsi ilə məşğul olan “BYD Motors Baku” dövlət qarşısında borca düşüb.

Məlumata görə, “BYD Motors Baku”nun Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 159.95 manat borcu yaranıb.

Qeyd edək ki, “BYD Motors Baku” MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məlikov Anar Əli oğludur. Hüquqi ünvanı Səbail rayonu, Badamdar ŞTQ, Massiv 2 (Badamdar qəs.), ev.sahə 157-də yerləşir. Onunla eyni ünvanda A.Məlikovun qardaşı Mahir Məlikova məxsus “BYD Motors Azerbaijan” MMC də fəaliyyət göstərir.

A.Məlikov həmçinin Nizami rayonu, Köndələn eninə 8-ci, ev 2 ünvanında yerləşən “BYD Motors”un da qanuni təmsilçidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları