SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Boğaz əməliyyatı olunan yeniyetmə qız ölüb

Boğaz əməliyyatı olunan yeniyetmə qız ölüb

  • 28 iyun 2025, 20:15
Qəbələ

Qəbələdə boğaz əməliyyatı olunan 16 yaşlı qız xəstəxanada ölüb.

Yurd.Media xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Qəbələ rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub.

Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada ölüb. Ailənin yaxın çevrəsi onun həkim səhlənkarlığından öldüyünü bildirib. İlkin olaraq meyit araşdırma aparılması üçün morqa təhvil verilib, sonra ailəsinə verilərək dəfn olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən isə APA-ya bildirilib ki, iyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub.

Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib.

İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.

Prime Leasing