Son iki gündə Biləsuvar rayonuna yağan güclü qar artıq bu gündən etibarən əriməyə başlayıb.
Əvvəlki günlərdə qarın vaxtında təmizlənməməsi və işlərə səhlənkar yanaşılması nəticəsində yağıntı yollarda və küçələrdə qalaqlanaraq daşınmayıb.
Rayon sakinlərinin Yurd.Media-ya verdikləri məlumata görə, nəticədə ərimə prosesi başlayandan sonra rayonun şəhər mərkəzində iri gölməçələr yaranıb, ərazilər su altında qalıb. Bu vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklərə səbəb olub.
Səhlənkar yanaşmanın nəticəsi kimi son iki gün ərzində 14 nəfərin buzlu və qarlı yollarda sürüşərək müxtəlif xəsarətlər aldığı bildirilir.
Qeyd edək ki, demək olar hər yağıntıdan sonra Biləsuvarda oxşar mənzərə müşahidə olunur.