SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bayram günlərində 20 mindən çox sərnişin Bakıdan bölgələrə gedib

Bayram günlərində 20 mindən çox sərnişin Bakıdan bölgələrə gedib

  • 07 iyun 2025, 15:34

İyunun 5-6-da paytaxtdan bölgələrə toplam 20 min 554 sərnişin daşınıb.

Yerüstü Nəqliyyat Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib.

Sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

AYNA istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələrini tövsiyə edir.

Prime Leasing