SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
BakuBus avtobusu piyadanı vurub

"BakuBus" avtobusu piyadanı vurub

  • 09 aprel 2026, 10:28
Gəncə

Gəncədə "BakuBus" avtobusu piyadanı vurub.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1977-ci il təvəllüdlü Z.Quliyevanı "BakuBus" şirkətinə məxsus 13 saylı xətt üzrə çalışan avtobus vurub. 

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları