Bakının daha bir ərazisində evlərin sökülüb yerində park salınması istiqamətində işlərə başlanılır.
Yurd.Media xəbər verir ki, Mirəli Qaşqay, 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli evlərə artıq baxış keçirilib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər. Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər. Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.
İlkin ehtimala görə, ərazidə park salınacaq.
Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.