Azərbaycan Premyer Liqasının I turunda bu gün daha iki oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk görüşü Sumqayıtda baş tutacaq.
"Sumqayıt" "SOCAR Polymer Arena"da "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
"Zirə" isə doğma arenada Premyer Liqanın debütantı "Şəfa" ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0). "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.