SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bakıda bir sıra avtobusların dayanacaqları dəyişdirilib

Bakıda bir sıra avtobusların dayanacaqları dəyişdirilib

  • 16 avqust 2026, 09:46
Bakı

Bakıda bir neçə ekspres marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

2 nömrəli marşrut:

"Dərnəgül" m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

"Azadlıq prospekti" m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları