Bakının, Suraxanı rayonu, Hövsan qəsəbəsində məzarlıqların birində oğurluq faktı qeydə alınıb.
Yurd.Media Baku TV-yə istinadən məlumat verir ki, qəbiristanlıqda vətəndaşların bir çoxu öz yaxınlarının məzarlarını dəmir barmaqlıqlarla hasara alıblar.
Aprelin 23-də sözügedən ərazidə 400 manat məbləğində olan həmin dəmir barmaqlıqlardan biri oğurlanıb.
Sakinlərin sözlərinə görə, məzarlıqda nə nəzarətçi, nə də müşahidə kameraları var.
"Daha əvvəllər də oğurluq hadisələri baş verib. Elə vaxt olub ki, qapı qoyublar, onu da götürüb aparıblar. Kamera qoyulsa, yaxşı olar. Düşünürəm ki, kənd camaatı etməz, bu, narkomanların işidir", - deyə qəsəbə sakini bildirib.
Əldə olunan məlumata görə, əməli törədən şəxsi polis artıq saxlayıb. Onun qəbiristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub.
Ətraflı süjetdə: