SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Metroda doğulan uşağın anası: Avtobusda halım pisləşdiyi üçün yeraltı nəqliyyata mindik

Metroda doğulan uşağın anası: "Avtobusda halım pisləşdiyi üçün yeraltı nəqliyyata mindik"

“Avtobusda halım pisləşdi, sancılarım başladı, metroya düşdükdə isə uşaq dünyaya gəldi. Öncədən ad fikirləşməmişdik, elə metroda vətəndaşlar dedilər ki, adı Cəsur olsun”.

Yurd.Media xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında avqustun 8-i metronun “20 yanvar” stansiyasında körpəsini dünyaya gətirən Əsmər Məhərrəmova bildirib.

Uşağın nənəsi Sevil Məhərrəmova isə bildirib ki, nəvəsinin belə tez dünyaya gəlməsini gözləmirdilər:

“Biz Füzulinin Horadiz qəsəbəsində oluruq. Müayinə üçün gəlmişdik. Gəlinimin hamiləliyinin 36-cı həftəsi idi. Ağrıları olurdu, lakin belə erkən doğuş olacağını düşünməmişdik”.

Prime Leasing