SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Ətraf səsləri eşidərək təhlükələrdən qorunmaq üçün yeni qulaqlıqlar hazırlanıb

Ətraf səsləri eşidərək təhlükələrdən qorunmaq üçün yeni qulaqlıqlar hazırlanıb

Gündəlik hadisələri şərh edən bir podkastı və ya sevdiyiniz musiqini dinləyərkən özünüzü mühitdən tamamilə təcrid etmək, sizi gözlənilməz təhlükələrə qarşı hazırlıqsız qoya bilər.

Yurd.Media xəbər verir ki, "Huawei"in yeni təqdim etdiyi FreeArc qulaqlıqları, qulağa qarmaq kimi asılan açıq dizaynı ilə həm musiqi zövqünüzü, həm də təhlükəsizliyinizi təmin edir.

Yağış altında qaçarkən, velosiped sürərkən və ya şəhərin qələbəlik küçələrində gəzərkən ətrafınızda baş verənləri eşitmək həyati əhəmiyyət daşıyır. Statistikalara görə, qulaqlıqla yol qəzalarına düşmə riski 43% daha yüksəkdir. "Huawei"in məhz bu problemi həll etmək üçün dizayn etdiyi qulaqlıqla sayəsində həm sevdiyiniz musiqinin keyfini çıxara bilər, həm də ətraf səsləri eşidərək potensial təhlükələrdən qorunarsınız.

Bu cihaz cəmi 8,3 qram çəkisi ilə demək olar ki, qulaqda hiss edilməyəcək qədər yüngüldür. Bu, 2023-cü ildə bazardakı ən yüngül açıq dizayn qulaqlıqlardan biridir. Elastik və davamlı S şəkilli qulaq qarmağı ilə ən intensiv məşqlərdə belə yerindən tərpənmədən sabit qalır.

Silikon örtüklü səthi sayəsində uzun müddətli istifadədə belə narahatlıq yaratmır. IP57 suya və toza davamlılıq sertifikatı ilə təchiz edilən FreeArc, Azərbaycanın dəyişkən iqlim şəraitində belə etibarlı performans göstərir. Bakının küləkli və bəzən yağışlı günlərində belə qulaqlığınızı çıxarmadan məşqlərinizə davam edə bilərsiniz.

Prime Leasing