SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Süni intellektlə dərdləşmək insanı tənhalaşdırır

Süni intellektlə dərdləşmək insanı tənhalaşdırır

Son zamanlarda bəzi istifadəçilərin süni intellekti “rəqəmsal terapist” kimi görməyə başlayır, lakin süni intellekt sizi rahatlada bilər, dəyişdirə bilməz.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu klinik psixoloq Mervə Öz bildirib.

"Süni intellekt mühakimə etmir, həmişə əlçatandır, “sizi başa düşürmüş" kimi davranır" deyən Öz qeyd edib ki, süni intellektin proqramlaşdırılmış cümlələri var; empatiya qabiliyyəti, qəlbi yoxdur:

"Yəni süni intellekt empatiyanı sadəcə simulyasiya edə bilər, həqiqətən hiss edə bilməz".

O qeyd edib ki, süni intellektlə söhbət terapiya seanslarının yerini tuta bilməz:

"Süni intellekt sizi rahatlada bilər, amma sizi dəyişdirə bilməz. Buna görə də sağaltmaz. Ruhi dəstək axtarışında olan fərdlərin süni intellekt əsaslı həllər yerinə mütləq sahəsində mütəxəssis terapistlərə müraciət etməlidir".

Süni intellektin yalnız yazılı və ya səsli əmrlərə reaksiya verdiyini və emosional mürəkkəbliyi anlaya bilmədiyini izah edən Öz, bildirib ki, bu mövzunun mütəxəssisləri, emosional zəkaları yüksək fərdlərdir və müşahidə qabiliyyətləri çox inkişaf etmişdir:

"Səs tonu və bədən dili kimi incə siqnallardan şəxsin hiss etdikləri haqqında nəticələr çıxara bilərlər. Şəxsi fayda bu nöqtədən sonra yaranır”.

Psixoterapiyanın əsas hədəflərindən birinin şəxsin özü ilə üzləşməsini təmin etmək və hadisələr qarşısında yeni bir baxış bucağı qazandırmaq olduğunu izah edən Öz, süni intellekt söhbətlərində isə şəxsin baxdığı tərəfə görə cavablar inkişaf etdirildiyini, buna görə də yalnız şəxsin eşitmək istədiklərini söylədiyini bildirib.

Psixoterapiyada üzləşdirmə varsa, süni intellektin məqsədinin şəxsi haqlı hiss etdirmək olduğunu vurğulayıb. Terapiyaların məxfilik əsasına görə aparıldığını və bu mövzuda etik qaydalara bağlılığın son dərəcə vacib olduğunu xatırladan Öz, süni intellekt istifadəsində belə bir məxfiliyin müzakirə mövzusu olmadığını bildirib:

"Süni intellekt sistemləri böyük miqdarda məlumatı emal etdiyi üçün bu məlumatların yanlış əllərə sızması və ya sui-istifadə edilməsi riski vardır. Xüsusilə ruh sağlığı ilə əlaqəli həssas məlumatların emalı, saxlanması və paylaşılması çox böyük etik risklər daşıyır”.

Prime Leasing