SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
“Qafqazinfo” 15 ildir ki, xəbər verir - VİDEO

“Qafqazinfo” 15 ildir ki, xəbər verir - VİDEO

  • 16 avqust 2025, 10:28

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur.

Yurd.Media xəbər verir ki, 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.

İstər ölkədaxili, istərsə də dünyada baş verən xəbərləri işıqlandırmaq məqsədilə hər il saytın sıraları genişləndirir, peşəkarları, perspektivli gənclər cəlb olunur.

Paytaxtdan başqa, regionlarda da olan hadisələrdən anında xəbər tutmaq üçün bölgə müxbirləri işləyir. 

Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir. 

Gələcək hədəfləri aydın olan “Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Artıq iki ildir ki, instaqram, feysbuk və teleqram hesabları rəsmi olaraq təsdiqlənib.

Qeyd etməliyik ki, “Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir.  İyulun 16-dan avqustun 16-na kimi olan 1 ayda “Qafqazinfo”nun instaqram hesabına 131 milyondan çox baxış olub.

İnstaqramda yarım milyondan çox - 583 min, feysbukda 221 min, teleqramda 30 min, TikTok-da 102 mindən çox, yutubda isə 78 min izləyici xəbərləri sözügedən platformadakı hesablardan əldə edir. 

Portalın ani bildiriş, sürətli yenilənmə funksiyaları olan mobil tətbiqi də həm İOS, həm də Android tipli telefonlar üçün fəaliyyət göstərir.

Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. 

Yurd.Media “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Prime Leasing
SPE Annual Caspian