SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə qala konsert olub

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə qala konsert olub

  • 24 may 2025, 21:07

Mayın 24də Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qala konsert təşkil olunub.

Yurd.Media xəbər verir ki, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, milli məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan cənab səfir qeyd edib ki, 26 may 1918-ci il Gürcüstanın müstəqil, demokratik və hüquqi dövlət kimi formalaşmasının əsasını qoyan tarixi gün kimi yadda qalmışdır.

Qonaqlar, Sahibə Qafarova və digər rəsmi şəxslər salamlanıb

Səfir öz çıxışında iki ölkə arasında əlaqələrin inkişafına yüksək səviyyəli səfərlərin köməyini vurğulayıb. “Bu il Gürcüstana Azərbaycandan nazirlər və MM sədri Sahibə Qafarova da səfər etmişdir. Bizim həmçinin ticari-iqtisadi, mədəni sahədə əlaqələrimiz inkişaf edir. "Fəxr edirəm ki, bu tədbir Heydər Əliyev Mərkəzində keçirilir. Burada Gürcüstandan olan ifaçılar da var. Xüsusi olaraq Mədəniyyət Nazirliyinə və XİN-ə təşəkkür edirəm ki, bu tədbiri yüksək səviyyədə təşkil ediblər" - deyə səfir bildirib.

"Tədbirdən sonra bina Gürcüstan bayrağı rənglərinə boyanacaq. Fürsətdən istifadə edərək Azərbaycanı da 28 May Respublika Günü münasibətilə ilə təbrik edirəm" - deyə səfir davam edib.

Daha sonra isə Gürcüstanın mədəniyyət naziri Tika Ruxadze çıxış edərək Milli Məclisin sədri Sahibə Qafarovanı, İcra Hakimiyyəti və parlament nümayəndələrini, eyni zamanda Gürcüstan parlamentinin nümayəndələrini də salamlayıb.

"Mənim üçün şərəfdir ki, Heydər Əliyevin adını daşıyan Mərkəzdə çıxış edirəm. Mənim bir gürcü kimi burada xeyli dostlarım var. Ölkələrimiz arasında dostluq və mədəniyyət əlaqələr inkişaf etmişdir. Bu günə xas proqram hazırlanıb. Adil Kərimli ilə xüsusi layihə hazırlanması nəzərdə tutulur. Fürsətdən istifadə edərək Azərbaycanı da 28 May münasibəti ilə təbrik edirəm" - deyə nazir çıxışını tamamlayıb.

Tədbir konsert proqramı ilə davam edib.