SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Cəlilabadda tullantıları real maketə çevirən gənc - VİDEO

Cəlilabadda tullantıları real maketə çevirən gənc - VİDEO

Cəlilabad

Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayan 17 yaşlı Əli Sadıqov öz yaradıcı bacarıqları ilə diqqət mərkəzinə düşüb.

Yurd.Media xəbər verir ki, yeniyetmə məişət tullantılarından kənd təsərrüfatı texnikalarının real maketlərini hazırlayır.

Əli Sadıqov "Baku TV" yə müsahibəsində bildirib ki, uşaqlıqdan atası ilə əkin sahələrində çalışıb və kənd təsərrüfatı texnikasına olan marağı da məhz oradan başlayıb:

“Kənd təsərrüfatında gördüyüm hər bir maşının maketini hazırlayıram. Əl işlərimin çoxunu 100-200 manata satmışam. Ən böyük arzum mühəndis olmaqdır,” – deyə o bildirib.

Gənc ixtiraçının ən böyük arzusu gələcəkdə öz mini texnika brendini yaratmaq və modellərini yerli və beynəlxalq sərgilərdə nümayiş etdirməkdir. O, kənd şəraitində böyüməsinə baxmayaraq, yaradıcılığını və texniki düşüncə tərzini inkişaf etdirməyə davam edir.

Əli kimi yaradıcı və istedadlı gənclər ölkənin elmi-texniki potensialının gələcəyinə ümid verir.