SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Süni zəkanın qiyməti: Google net-sıfır vədini saytından sildi

Süni zəkanın qiyməti: "Google" net-sıfır vədini saytından sildi

Süni zəkanın yüksəlişi texnologiya dünyasında strategiyaları başdan-ayağa dəyişdirərkən, enerji siyasətlərini də yenidən yazdırır. Çünki süni zəkanı bəsləyən verilənlər mərkəzləri, tarixdə görünməmiş səviyyələrdə enerji istehlak edir. Üstəlik bu istehlakın qat-qat artması gözlənilir.

 Yurd.Media xəbər verir ki, McKinsey'in hesabatına görə 2030-cu ilə qədər bu tələb qlobal elektrik ehtiyacının 70 faizini təşkil edəcək. Sürətlə artan bu enerji ehtiyacı, bir zamanlar qürurla elan edilən davamlılıq vədlərini də unutdurmağa başladı. "Google" CEO-su Sundar Pichai, 2020-ci ildə yaşıllıqlar arasında gəzdiyi bir videoda "Bu gün qürurla elan edirəm ki, karbon emissiyası olmadan gündə 24 saat, həftədə 7 gün, ildə 365 gün fəaliyyət göstərən ilk böyük şirkət olmağı hədəfləyirik" demişdi və 2030-cu ilə qədər net-sıfır emissiyaya çatmağı vəd etmişdi. Lakin beş il sonra, bu iddialı sözlərdən səssiz-səmirsiz geri addım atılır. "Google", bir zamanlar qürurla nümayiş etdirdiyi net-sıfır vədini bu həftə davamlılıq səhifəsindən sildi; Bir zamanlar manşet olan "Net-Sıfır 2030" hədəfi indi yalnız hesabatların haşiyələrində yer alır.  National Observer-in fərq edib gündəmə gətirdiyi bu dəyişiklik, texnologiya dünyasında yaşanan dəyişimi göz önünə gətirir.  "Google"-un "Net-Sıfır 2030"un yerinə qoyduğu yeni prioritet sahəsi isə diqqət çəkicidir: Enerji. "Google"-un Environment 2025 hesabatında açıqca, "Məhsullarımızın və süni zəka infrastrukturumuzun işlədilməsi çox ciddi miqdarda enerji tələb edir" deyilir. Bu prioritet dəyişimi təsadüf deyil. "Google"-un elektrik istehlakı 2024-cü ildə 26% artaraq 32,2 teravatt-saat-a çatdı. Bu, demək olar ki, İrlandiyanın bütün illik istehlakına bərabərdir. Şirkətin texniki hesabatına görə, Gemini-yə göndərilən tək bir mesaj 0,24 vatt-saat enerji sərf edir. Yəni "Google", süni zəka xidmətlərini nə qədər sürətlə böyüdərsə, öz iqlim hədəflərindən də o qədər uzaqlaşır.  "Google", net-sıfır vədini arxa plana atmış olsa da, bu hədəfindən imtina etmədiyini iddia edir. Lakin bir çox mütəxəssis bunu bir növ göz boyama kimi görür. Çünki "Google", bərpa olunan enerji müqavilələrini önə çıxarsa da, hələ də böyük ölçüdə karbon kompensasiyasına bel bağlayır. Yəni şirkət, birbaşa emissiyalarını azaltmaq əvəzinə atmosferə buraxdığı karbonu başqa yollarla "tarazlaşdırmağa" çalışır. Bu yanaşma, iqlim alimləri tərəfindən uzun müddətdir tənqid edilir, çünki, həqiqi mənada sıfır emissiyaya çatmaq əvəzinə, kağız üzərində sıfır kimi görünən bir tablo yaradır.  Net Zero Tracker qurucusu John Lang-in "net-sıfır resessiyası" ifadəsi də tam olaraq bunu anladır: Şirkətlər hədəflərindən tamamilə imtina etmir, amma onları daha minimalist, daha asan idarə oluna bilən hala gətirir. Lakin bir çox mütəxəssisə görə bu, "Google"-un bir zamanlar "ən iddialı on il" deyə təqdim etdiyi viziyanın səssiz-səmirsiz geriyə sarılması və yaşıl dönüşüm iddialarının ciddi şəkildə sulandırılması mənasına gəlir.   

Prime Leasing