Qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Yurd.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 11-i saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.
Məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.