SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanda gömrük daxilolmalarının strukturu 5 aydır ki, açıqlanmır

Azərbaycanda gömrük daxilolmalarının strukturu 5 aydır ki, açıqlanmır

  • 21 oktyabr 2025, 15:57

Dövlət Gömrük Komitəsi bu ilin iyun ayından bəri onun xətti ilə dövlət büdcəsinə daxil olmuş vəsaitlərin strukturunu açıqlamır. 

Yurd.Media xəbər verir ki, Komitənin internet səhifəsində sonuncu dəfə may ayının göstəriciləri yerləşdirilib.

Baxmayaraq ki, Maliyyə Nazirliyi hər ay Komitənin xətti ilə büdcəyə daxilolmaların ümumi məbləğini elan edir. Məsələn, bu ilin yanvar-sentyabr aylarında Komitə büdcəyə 4 748 milyon manat vəsait köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları