SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Master-Ofis şirkətinin 13 milyon manat borcu üzə çıxdı

"Master-Ofis" şirkətinin 13 milyon manat borcu üzə çıxdı

  • 21 yanvar 2026, 19:44

Azərbaycanda böyük həcmli tenderlərdə dəfələrlə qalib gələn şirkətin 13 milyon manatlıq vergi borcu üzə çıxıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, söhbət Dövlət Sərhəd Xidmətinin milyonluq tenderləri ilə gündəmə gələn "Master-Ofis" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir.

Şirkətin Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 1307352.53 AZN vergi borcu var. 

Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan "Master-Ofis" MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur. Şirkət hazırda passiv vergi ödəyiciləri siyahısına daxil edilib. 

Xatırladaq ki, "Master-Ofis" MMC dəfələrlə Dövlət Sərhəd Xidməti və digər dövlət qrumlarının milyonluq tender layihələrinin qalibi olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları