SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda tam Ay tutulması müşahidə olunub - VİDEO

Azərbaycanda tam Ay tutulması müşahidə olunub - VİDEO

  • 07 sentyabr 2025, 21:30

Bu ilin ikinci və son Ay tutulması başlayıb.

Yurd.Media xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).

Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.

Ay tutulması Bakı vaxtı ilə saat 19:28-də başlayıb və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması hazırda başlayıb və 82 dəqiqə davam edəcək.

Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmasında müşahidə olunan "Qanlı Ay"ı saat 21:30-22:52 aralığında izləmək mümkün olacaq.

Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək.

Prime Leasing