Şəki rayonunda bu il 2026-cı ilin məhsulu üçün 60 min hektardan çox sahədə taxıl əkilməsi planlaşdırılır.
Yued.Media xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.
Onun sözlərinə görə, payız mövsüminin yaxınlaşması ilə əlaqədar hazırda dövlət və fermer təsərrüfatlarında taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması və dərmanlanması prosesi həyata keçirilir.
Bu günədək rayonun fermerləri tərəfindən 1470 ton taxıl toxumu dərmanlanıb və proses davam etdirilir. Qlobal iqlim dəyişkənliyi şəraitində səpinqabağı toxumların genişspektrli insekto-fungisidlərlə dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir.