SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI

Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI

  • 24 may 2025, 20:09

Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.

Yurd.Media Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.