SÜJET
24.05.2025-ci il tarixində saat 20:50 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Yurd.Media-ya TƏBİB-dən bildirilib.
Bədənin müxtəlif nahiyələrinin çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə istabil olaraq qiymətləndirilir.
*** 21:34
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.
Daha sonra "VAZ 2106" markalı minik avtomobili yol kənarında dayanan "VAZ 2101"-ə, daha sonra isə avtomobil təmiri emalatxanasına çırpılıb.
Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.