SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakıda ət ucuzlaşdı

Bakıda ət ucuzlaşdı

  • 06 noyabr 2025, 23:32

Bakıda kəsimlə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə ətin qiyməti aşağı düşdü.

Yurd.Media xəbər verir ki, Ramana qəsəbəsində ötən günlərlə müqayisədə dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.

 Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil ola "Şuşa" səhərciyində bu gündən başlayaraq, müştərilərə daha ucuz qiymətə ət təklif olunur. Hazırda şəhərcikdə 1 kiloqram dana əti 15, qoç əti 15.50, quzu əti isə 18 manata satılır. Ötən gün dana ətinin qiyməti 17 manat olub. Quzu ətinin bir kiloqramı isə 21 manatdan satılıb.

Qəssablar müxbirimizlə söhbət zamanı ətin qiymətinin ucuzlaşmasını ndiriblər. Onların sözlərinə görə, bazara xeyli sayda iribuynuzlu və xırdabuynuzlu heyvan daxil olduğu üçün qiymətdə azalma baş verib.//Valyuta.az

Prime Leasing
SPE Annual Caspian