Bakıda eskalator qırıldı, 2 qadın ciddi xəsarət alıb.
Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, hadisə İncəsənət Gimnaziyasının yaxınlığındakı yeraltı keçiddə baş verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.